ABŞ hərbçisi Nidal Malik Hasanın edamı ictimai şəkildə həyata keçiriləcək.
Bu barədə ABŞ müdafiə naziri Pit Heqset “Real America’s Voice” kanalının efirində bildirib.
Nidal Malik Hasan dekabrın 3-də güllələnmə yolu ilə edam edilməlidir. Bu, 81 ildən sonra ABŞ ordusunda ölüm hökmünün güllələnmə yolu ilə icra edildiyi ilk hal olacaq.

Hasan 2009-cu ildə Texas ştatındakı Fort-Hud hərbi bazasında 13 nəfəri öldürüb.
Heqsetin sözlərinə görə, hakimiyyət insanlara edamı izləmək imkanı yaratmaq niyyətindədir.
“İnsanlar bu cür əməllərin ciddi nəticələrinin olduğunu anlamalıdırlar”, – deyə o bildirib.

