Roma Papası XIV Leonun ağciyərindəki şişin çıxarılması üçün keçirilən əməliyyatdan sonra səhhəti yaxşılaşmağa davam edir.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
Bildirilib ki, Papanın qan analizlərinin və döş qəfəsinin rentgen müayinəsinin nəticələri onun sağlamlıq vəziyyətində müsbət irəliləyiş olduğunu təsdiqləyib.
“Bu səhər Papa qan analizləri verib və döş qəfəsinin rentgen müayinəsindən keçib. Nəticələr onun ümumi vəziyyətinin davamlı olaraq yaxşılaşdığını təsdiqləyib”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, pontifik tənəffüs fizioterapiyasını davam etdirir.
Əməliyyatdan sonrakı bərpa prosesi uğurla davam etdiyindən Papa artıq gündəlik işlərini müstəqil şəkildə yerinə yetirə bilir.

