Roma Papası XIV Lev noyabrın 6-dan 17-dək Uruqvay, Argentina və Peruya apostol səfəri edəcək.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, pontifik həmin ölkələrin dövlət başçılarının və kilsə rəhbərlərinin dəvətini qəbul edib.
Səfər çərçivəsində Papa Uruqvayda Montevideo, Paysandu və Florida, Argentinada Buenos-Ayres, Kordoba və Luxan, Peruda isə Lima, Çiklayo, Kusko və Pukalpa şəhərlərinə baş çəkəcək.

