Böyük Britaniyanın keçmiş Baş naziri Kir Starmerə məxsus evə qarşı yanğın hücumlarında iştirakına görə məhkum edilmiş 28 yaşlı Stanislav Karpyuk ölkədən deportasiya edilib.
Bu barədə Sky News Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Rumıniya vətəndaşı olan Karpyuk iki il müddətinə azadlıqdan məhrum edilib. Deportasiyadan sonra onun Böyük Britaniyaya yenidən girişinə də qadağa qoyulub.
Britaniya rəsmiləri məhkumun Rumıniyaya, yoxsa Ukraynaya göndərildiyini açıqlamayıblar.
İstintaqın məlumatına görə, 2025-ci ilin mayında Starmerlə əlaqəli iki yaşayış evinə və əvvəllər ona məxsus olmuş avtomobilə qarşı yanğın hücumları təşkil edilib.
Məhkəmədə Karpyuk və digər təqsirləndirilən şəxs Roman Lavrinoviçin Telegram vasitəsilə rusdilli şəxsdən tapşırıqlar aldıqları bildirilib.
Həmin şəxsin yanğınların görüntülərinin çəkilməsi və mediada yayımlanması müqabilində 3 min funt-sterlinq kriptovalyuta vəd etdiyi açıqlanıb.

