Böyük Britaniyanın Baş naziri Kir Starmerin fəaliyyəti uğursuzluq kimi qiymətləndirilib.
Bloomberg-in məlumatına görə, bu fikri London Kraliça Mariya Universitetinin siyasi elmlər professoru Tim Beyl səsləndirib.
Professor bildirib ki, parlamentdə böyük səs çoxluğu ilə hakimiyyətə gələn siyasətçinin cəmi iki ildən sonra istefa verməsi normal hal sayıla bilməz.
“Starmerin baş nazirliyinin nəticələrini qiymətləndirərkən uğursuzluq sözündən qaçmaq çox çətindir. Belə böyük üstünlüklə parlamentə gələn baş nazir cəmi iki ildən sonra getməməlidir”, — deyə Tim Beyl bildirib.

