Britaniya hökumətində Leyboristlər Partiyası daxilindəki münaqişənin dövlət aparatının işində problemlərə səbəb ola biləcəyindən ehtiyat edirlər.
Bu barədə Financial Times məlumat yayıb.
Qeyd olunur ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin mövqeləri partiyanın yerli seçkilərdə uğursuz nəticəsindən və deputatların tənqidlərindən sonra zəifləyib.
Mənbənin məlumatına görə, 100-ə yaxın parlamentar Baş naziri istefaya getməyə çağırıb. Britaniya hakimiyyəti artıq Baş nazirin dəyişdirilməsi prosedurunun başlanacağı təqdirdə dövlət məmurları üçün tövsiyələr hazırlayır.

