Afrikanın üç dövləti — Konqo Demokratik Respublikası, Anqola və Namibiya — Böyük Britaniyada qanunsuz yaşayan minlərlə öz vətəndaşını qəbul etməyə razılıq verib. Razılaşma Londonun bu ölkələrin vətəndaşlarına vizaların verilməsinə tam qadağa qoymaqla hədələməsindən sonra əldə olunub. Bu barədə The Daily Telegraph yazır.
Nəşrin məlumatına görə, hazırda Böyük Britaniyada məhkum olunmuş təxminən 4 min cinayətkar Konqo Demokratik Respublikası, Anqola və Namibiyaya deportasiya oluna bilər.
Qanunsuz miqrantlar və təhlükəli cinayətkarlar artıq ölkədən çıxarılaraq Anqola, Namibiya və Konqo Demokratik Respublikasına göndəriləcək. Sərhədlərimiz üzərində nəzarəti bərpa etmək və qayda-qanunu təmin etmək üçün lazım olan hər şeyi edəcəyəm, — deyə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib.

