ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin miqrasiya problemini həll etməyəcəyi təqdirdə Vaşinqtonun onlara dəstəyini dayandıra biləcəyini bildirib.
O, bu barədə Kanzas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Tramp xəbərdarlıq edib ki, Avropa ölkələri yaxın zamanda miqrasiya probleminə həll yolu tapmasalar, ABŞ geri çəkilmək məcburiyyətində qala bilər.
“Başqa seçimimiz qalmayacaq – yalnız getmək”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Bununla belə, Tramp Avropanın çatışmazlıqlarına və zəif tərəflərinə baxmayaraq, Vaşinqtonun hazırda onun yanında olduğunu bildirib.
ABŞ lideri Avropanın sərhədlərinin zəif qorunduğunu da iddia edib.
Onun sözlərinə görə, sərhəd nəzarətinin zəifliyi səbəbindən Avropaya yerli sakinləri, incəsənəti və memarlığı sevməyən insanlar daxil olurlar.

