ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Avropadakı müttəfiqləri uzun illər ABŞ-nin dəstəyinə arxalandıqları üçün güclü silahlı qüvvələrə malik deyillər.
Tramp bu fikirləri Las-Veqasdakı kazinoda tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, NATO ölkələri müdafiə məsələsində yalnız ABŞ-yə güvənməyə davam edə bilməzlər. Tramp qeyd edib ki, Avropa dövlətləri, o cümlədən Ukrayna üçün Amerika silahları alırlar.
ABŞ lideri çıxışı zamanı sələfi Co Baydenin administrasiyasını da yenidən tənqid edib.
Tramp bildirib ki, əvvəlki ABŞ hakimiyyəti 350 milyard dollar dəyərində silah verib. O, bu rəqəmi daha əvvəl də Vaşinqtonun Kiyevə göstərdiyi yardımın həcmi barədə danışarkən səsləndirmişdi.

