ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyat keçirmək qərarını prezidentliyi dövründəki ən böyük nailiyyətlərindən biri hesab etdiyini bildirib.
Tramp bu barədə Vaşinqtonda jurnalistlərə açıqlamasında danışıb.
“İranla bağlı qərar mənim ən mühüm qərarlarımdan biri idi. Biz orada nüvə silahının yaranmasına imkan vermədik”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp İrana qarşı hərbi əməliyyatın keçirilməsi ilə bağlı qərarını bu ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi ilə əsaslandırıb.

