ABŞ Prezidenti Donald Tramp İrana qarşı tezliklə qələbə qazanacaqlarını düşündüyünü bildirib.
O, bu barədə Britaniyanın “GB News” telekanalına müsahibəsində danışıb.
“Biz qalib gələcəyik, bu, tezliklə olacaq. Çünki biz artıq qalib gəlmişik – onların nüvə silahı ola bilməz”, – Tramp bildirib.
ABŞ Prezidenti İrana zərbələr endirilməsi qərarını da müdafiə edib.
“Mən doğru addım atdım”, – deyən Tramp iddia edib ki, ABŞ İrana zərbələr endirmək qərarı verməsəydi, Tehran “iki, bəlkə də dörd həftə ərzində” nüvə silahı əldə edə bilərdi.
Trampın sözlərinə görə, ABŞ-nin hərbi əməliyyatlarından sonra bu müddət 25 ilə qədər uzadılıb.
ABŞ lideri, həmçinin ölkəsinin İrana qarşı uğurlu əməliyyatlar apardığını bildirib və ABŞ-nin “Hörmüz boğazına nəzarət etdiyini” iddia edib.
Denmedia.az

