ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbələrin endirilə biləcəyini açıqlayıb.
Tramp İranın nüvə obyektlərini hədəfə almaq üçün “bütün bombaların anası” kimi tanınan MOAB bombasından istifadə ehtimalını istisna etməyib.
ABŞ Prezidenti İranın dağın dərinliyində yerləşən nüvə obyektindən danışaraq həmin ərazinin vurula biləcəyini bildirib.
“Oranı vura bilərik və qısa müddətdə sıradan çıxararıq”, – deyə Tramp qeyd edib.
O, İrana qarşı nüvə silahından istifadə etmək niyyətində olmadığını da vurğulayıb.
Qeyd edək ki, MOAB (GBU-43/B) təxminən 9,8 ton ağırlığında, GPS-lə idarə olunan və ABŞ arsenalındakı ən güclü qeyri-nüvə bombalarından biridir.
Tramp Səudiyyə Ərəbistanı ilə bağlı açıqlamasında isə İsrailin bu ölkəyə husilərlə mübarizədə ciddi kömək göstərdiyini bildirib.

