İranın ali dini rəhbəri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan iddialara onun müşaviri Abdullah Hacı Sadeqi münasibət bildirib.
“Al Jazeera” telekanalının məlumatına görə, müşavir Xameneinin səhhətinin yaxşı olduğunu və vəzifəsini icra etməyə davam etdiyini açıqlayıb.
Sadeqi həmçinin İranın ölkəyə qarşı hücumlara indiyədək görünməmiş şəkildə cavab verəcəyini bildirib.
Atası Əli Xameneinin həlak olduğu hücumdan sonra hakimiyyətə gələn Müctəba Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması onun sağlamlıq vəziyyəti ilə bağlı müxtəlif ehtimallara səbəb olub.
ABŞ mediasında yayılan bəzi xəbərlərdə Xameneinin həmin hücum zamanı ağır yaralandığı, üzündən ciddi xəsarət aldığı və bir ayağını itirdiyi iddia edilib.
Lakin bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. İran rəsmiləri də iddia olunan xəsarətlərin təfərrüatı barədə rəsmi açıqlama verməyiblər.
Müşavirinin sözlərinə görə, Müctəba Xamenei hazırda vəzifəsini davam etdirir. Onun ictimaiyyət qarşısına nə vaxt çıxacağı isə məlum deyil.

