İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian bildirib ki, İranın yeni ali rəhbəri Müctəba Xamenei təhlükəsiz vəziyyətdədir.
O, bu barədə Telegram kanalında paylaşım edərək qeyd edib ki, tanışlarının sözlərinə görə, Müctəba Xamenei “sağ və salamatdır”.
Bundan əvvəl The New York Times yazmışdı ki, Müctəba Xamenei fevralın 28-də baş verən hadisələr zamanı ayağından yaralana bilər. Həmin gün onun atası, İranın keçmiş ali rəhbəri Əli Xamenei öldürülmüşdü.
Nəşrin məlumatına görə, Xameneinin son günlər ictimaiyyət qarşısına çıxmaması da məhz bu ehtimalla əlaqələndirilir.

