Müctəba Xamenei ABŞ–İsrail hərbi əməliyyatlarının ilk günlərində aldığı iddia edilən yaralara baxmayaraq, İranın hərbi strategiyasının formalaşdırılmasında əsas rol oynamaqda davam edir.
Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, ABŞ kəşfiyyatı Müctəba Xameneinin yüksək rütbəli İran rəsmiləri ilə birlikdə hərbi strategiyanın müəyyən edilməsində həlledici təsirə malik olduğunu düşünür.
Kəşfiyyat hesabatlarında onun Tehranın Vaşinqtonla müharibənin dayandırılması üzrə apardığı danışıqlara da rəhbərlik etdiyi ehtimal olunur.
CNN qeyd edib ki, ABŞ kəşfiyyatı hazırda Xameneinin olduğu yeri vizual şəkildə təsdiqləyə bilmir.
Mənbələrdən birinin sözlərinə görə, bunun əsas səbəblərindən biri Müctəba Xameneinin heç bir elektron rabitə vasitəsindən istifadə etməməsidir.
Bildirilir ki, o yalnız şəxsən yanına gələn insanlarla və ya kuryerlər vasitəsilə əlaqə saxlayır.
Telekanalın məlumatına əsasən, Müctəba Xamenei aldığı xəsarətlər səbəbindən təcrid olunmuş vəziyyətdə qalır.
Mənbələr onun bədəninin bir tərəfində ciddi yanıq izlərinin olduğunu da iddia ediblər.

