İran Səhiyyə Nazirliyi ABŞ-İsrail zərbəsindən sonra ölkənin ali lideri Müctəba Xameneinin əlil qalması və ağır xəsarətlər alması ilə bağlı yayılan iddiaları təkzib edib.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, alınan xəsarətlər Xameneinin xarici görünüşündə ağır dəyişiklik yaratmayıb.
Onun sözlərinə görə, yayılan iddiaların əksinə olaraq, Xamenei ətraflarını itirməyib və əlil qalmayıb.
İran liderinin ofisinin protokol xidmətinin rəhbəri Məzahər Hüseyni də Müctəba Xameneinin vəziyyətinin yaxşılaşdığını bildirib. O qeyd edib ki, Xamenei bel və diz nahiyəsindən xəsarət alıb, həmçinin qulaq arxasında yara olub.

