ABŞ Prezidenti Donald Tramp Danimarkanın Qrenlandiyanı Vaşinqtonun nəzarətinə verdiyini iddia edib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Tramp Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenlə imzaladığı razılaşmanı daşınmaz əmlak sahəsində ən böyük sövdələşmə adlandırıb.
“Yeri gəlmişkən, Danimarka möhtəşəm davrandı. Onlar Qrenlandiyanı bizə verdilər. Bu, tarixə daşınmaz əmlak sahəsində ən böyük sövdələşmə kimi düşəcək. Bəlkə də Venesueladan sonra”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin Qrenlandiya və Venesuelanı demək olar ki, heç bir xərc çəkmədən əldə etdiklərini iddia edib.
Tramp bu açıqlamaları ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri ərəfəsində respublikaçılarla görüşündə səsləndirib.

