Braziliya Prezidenti Lula da Silva ölkə millisinin tarixində ən çox qol vuran futbolçu olan Neymarla bağlı zarafat edib. Bu barədə “Eixo Politico” məlumat yayıb.
Dövlət başçısı Neymara “məsafədən oynayan futbolçu” deyildiyini bildirib. Lula da Silva qeyd edib ki, bu zarafatın müəllifi özü deyil, onu internetdə görüb.
“Neymar? O, indi ümumiyyətlə oynamır! Dünən internetdə belə bir zarafat gördüm ki, Neymar dünyada milliyə məsafədən çağırılan ilk futbolçudur”, - deyə Braziliya prezidenti bildirib.
Lula da Silva əlavə edib ki, əgər vəziyyət belə davam edərsə, Braziliya millisinin heyətini formalaşdırmaq üçün süni intellektin köməyinə müraciət etmək lazım gələcək.
Onun sözlərinə görə, bu halda süni intellekt meydançaya 11 Pele çıxara bilər.

