Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri 20 aprel 2025-ci il tarixində keçirilən ümumi 9 illik təhsil səviyyəsinə görə buraxılış imtahanında maksimum nəticə göstəriblər.
Bu barədə Den.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Belə ki, Sumqayıt şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Qasımova Xədicə Tahir qızı, 21 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Əlizadə Fidan Elçin qızı və M. Ələkbərov adına Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Məsimli Ləman Zaur qızı maksimum 300 bal toplamaqla öz məktəblərini böyük qürurla təmsil ediblər.
Bu uğur şagirdlərin həm şəxsi zəhmətinin, həm də müəllimlərinin əzmli səylərinin nəticəsidir. Qeyd edək ki, buraxılış imtahanı Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilmişdi və ölkə üzrə rəqabət yüksək idi. Buna baxmayaraq, Sumqayıt şəhərində 2 , Abşeron rayonundan isə 1 şagird əla nəticə göstərərək öz potensiallarını sübut ediblər.
Əldə etdikləri nəticə ümumilikdə Abşeron-Xızı Regional Təhsil İdarəsi üçün əhəmiyyətli göstəricidir.
Xatırladaq ki, bu cür nəticələr şagirdlərə ali məktəblərə qəbul imtahanlarında da üstün mövqe qazandırır və onların gələcək təhsil həyatına möhkəm zəmin yaradır.
Şagirdləri təbrik edir və onlara daha böyük uğurlar arzulayırıq!
Nizami Rəsulov
Den.az