Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vakant olan tədris-tərbiyə işləri üzrə direktor müavini və digər istiqamətlər üzrə direktor müavini vəzifələrinə işə qəbul prosesi çərçivəsində elektron sənəd qəbuluna başlanılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək elektron qeydiyyatdan keçə bilərlər.
Müsabiqə iki mərhələdən – seçim və müsahibədən ibarət olacaq.
Namizədlərin təqdim etdikləri məlumat və sənədlər yoxlanıldıqdan sonra seçim mərhələsini uğurla keçən şəxslər müsahibəyə dəvət olunacaqlar.
Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji bacarıqlar, idarəetmə və təşkilatçılıq, ünsiyyət, problem həlli və qərarvermə, rəqəmsal və texnoloji bacarıqları, eləcə də sosial-emosional kompetensiyaları qiymətləndiriləcək.
Müsabiqəni uğurla başa vuran namizədlərlə əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdiriləcək.

