Azərbaycanda STEAM təhsilinin növbəti illərdə orta təhsil proqramlarına inteqrasiya edilməsi planlaşdırılır.
Denmedia.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktor vəzifəsini icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda STEAM Azərbaycan məktəblərində əsasən dərsdənkənar məşğələlər formatında tədris olunur.
Elnur Əliyev qeyd edib ki, gələcək illərdə STEAM təhsilinin orta təhsil proqramlarına inteqrasiyası təhsil sisteminin əsas inkişaf istiqamətlərindən birinə çevrilə bilər.
O əlavə edib ki, Azərbaycan Təhsil İnstitutu bu istiqamətdə araşdırmalar aparır və işçi müzakirələr keçirir.

