30 
mar
2024
21:29
3 873

Sumqayıt və Abşeron məktəbliləri Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə mövcud STEAM Mərkəzi ilə yaxından tanış olublar-FOTOLAR

30 mar, 2024
21:29
3 873

Sumqayıt və Abşeron məktəbliləri Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə mövcud STEAM Mərkəzi ilə yaxından tanış olublar-FOTOLAR

Müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında bir çox mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir. Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır.

"Den.az" xəbər verir ki, hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir. Belə məktəblər sırasında Sumqayıt və Abşeron məktəbləri xüsusilə seçilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın iştirakı ilə Robot texnika, İT və digər innovativ müsabiqələrdə uğur qazanmış Sumqayıt və Abşeron məktəbliləri  Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə mövcud STEAM Mərkəzi ilə yaxından tanış olublar.

Mərkəzdə məktəbin şagirdləri ilə birlikdə qeyd olunan müsabiqələrdə iştirak edən şagirdlər də mütəmadi dərslər alırlar.

Bildirilib ki, bu Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.

Şahnaz Əliyeva
Den.az






Bizimlə əlaqə saxlayın

Çox oxunanlar