may
2024
17:30
107

Ermənilər Paşinyan kimi düşünür - ŞƏRH

6 may, 2024
17:30
107

Ermənilər Paşinyan kimi düşünür - ŞƏRH

"Ermənistanın radikal müxalifətinin baş nazir Nikol Paşinyanın 4 kəndi Azərbaycana qaytarması qərarına müqavimət göstərməsinə taqəti qalmayıb. Müxalifət sözdə Paşinyanı satqınlıqda ittiham etsə də, İrəvanda izdihamlı etiraz mitinqi keçirmək iqtidarında deyil". 

Bu fikirləri "Den.az"a açıqlamsında politoloq Elman Vəliyev səsləndirib.

"Erməni cəmiyyəti artıq yorulub. Tavuş bölgəsində kiçik miqyaslı etirazlar bir neçə gündən sonra səngiyəcək. Ermənistan cəmiyyətinin əksər hissəsi Paşinyan kimi düşünür və Azərbaycanla məsələlərin həllini istəyir. Bu arada, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın əlini gücləndirib. Prezident Ermənistan hökumətinin Azərbaycanla son razılaşmasını alqışlayıb", - politoloq vurğulayıb.

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar