24 
apr
2024
10:30
77

"Erməni cəmiyyəti artıq yorulub" - Tavuşdakı etirazların aqibəti ilə bağlı İLGİNC AÇIQLAMA

24 apr, 2024
10:30
77

"Erməni cəmiyyəti artıq yorulub" - Tavuşdakı etirazların aqibəti ilə bağlı İLGİNC AÇIQLAMA

"Ermənistanın radikal müxalifətinin baş nazir Nikol Paşinyanın 4 kəndi Azərbaycana qaytarması qərarına müqavimət göstərməsinə taqəti qalmayıb. Müxalifət sözdə Paşinyanı satqınlıqda ittiham etsə də, İrəvanda izdihamlı etiraz mitinqi keçirmək iqtidarında deyil". 

Bu fikirləri "Den.az"a açıqlamsında politoloq Elxan Şahinoğlu səsləndirib.

"Erməni cəmiyyəti artıq yorulub. Tavuş bölgəsində kiçik miqyaslı etirazlar bir neçə gündən sonra səngiyəcək. Ermənistan cəmiyyətinin əksər hissəsi Paşinyan kimi düşünür və Azərbaycanla məsələlərin həllini istəyir. Bu arada, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın əlini gücləndirib. Prezident Ermənistan hökumətinin Azərbaycanla son razılaşmasını alqışlayıb", - politoloq vurğulayıb.

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar