18 
okt
2023
19:14
161

"Ermənistan belə bir şərtlə çıxış etsə, sülh danışıqları müsbət nəticənlənməyəcək" - TƏFƏRRÜAT

18 okt, 2023
19:14
161

"Ermənistan belə bir şərtlə çıxış etsə, sülh danışıqları müsbət nəticənlənməyəcək" - TƏFƏRRÜAT

Son günlər Paşinyanın verdiyi açıqlamalar onun hadisələri təhrif etməyə çalışdığını deməyə əsas verir. Belə ki, Nikol Paşinyan 10 noyabr Bəyanatının əksinə olaraq Zəngəzur dəhlizinin açılması məsələsində təhriflərə yol verir və özünə sərf edən variantlardan danışır. B8undan başqa o, Qarabağa muxtariyyət verilməsi məsələsini gündəmə gətirməyə çalışır. Bəs görəsən, Paşinyanın bu fikirləri hansı nəticələrə səbəb ola bilər?

Mövzunu "Den.az"a şərh edən politoloq Məhəmməd Əsədullazadə maraqlı məqamlara toxunub. O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağa muxtariyyət məsələsini gündəmə gətirə bilər: "Belə ki, Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində aparılacaq danışaqlarda Qarabağa ermənilərin qayıtması fonunda bu məsələni masaya gətirməsi mümkündür. Ermənistan tərəfi Samvel Babayanı bu istiqamətdə təlimatlandırıb. Bununla Azərbaycana təzyiq göstərmək və güzəştlər əldə etmək məqsədi güdürlər. Ermənistan rəhbərliyi hələ də fərqində deyil ki, 30 il ərzində işğal olunmuş ərazilərdə ordu və qondarma qurum yaratmasına baxmayaraq 44 gün və 23 saat ərzində Azərbaycan onları tam məhv etdi. Əgər, Ermənistan belə bir avantürist şərtlə çıxış edəcəksə, sülh danışıqları müsbət nəticənlənməyəcək", - deyə politoloq fikirlərini tamamlayıb.

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar