İsrailin baş naziri Benyamin Netanyahu ona qarşı açılan məhkəmə proseslərində iştirak etməmək qərarına gəlib.
Den.az xəbər verir ki, bu barədə İsrailin “Yediot Aharonot” qəzeti yazıb.
Məlumata görə, ona qarşı korrupsiya işində ifadə verməli olan Netanyahu “təhlükəsizlik səbəbindən” dinləmələrdə iştirak etməyəcək.
Həmçinin Netanyahunun hakimlərdən vəzifə və təhlükəsizlik səbəbi ilə həftədə 3 dəfə verəcəyi ifadələrin iki günə endirilməsini xahiş etdiyi, lakin bunun nəticəsi barədə məlumat olmadığı qeyd edilib.
O, əməliyyat keçirtmək, Suriyanın işğal olunmuş ərazisi olan Hermon dağına getmək və ABŞ-a səfər kimi müxtəlif səbəblərdən əvvəlki bir çox dinləmələrə qatılmayıb.
Qeyd edək ki, 2019-cu ildə Netanyahu "rüşvətxorluq, etibara xəyanət və şəxsi məqsədlər üçün vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittiham olunub və ona qarşı üç ayrı korrupsiya işinin açılması istənilib. Bununla da o, vəzifədə olarkən mühakimə olunan ilk İsrail baş naziri kimi tarixə düşüb.
Günəş Fərəh
Den.az
Netanyahu ona qarşı açılan məhkəmə proseslərində iştirak etməmək qərarına gəlib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.