İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ Prezidenti Donald Trampın Knesset və Şarm əş-Şeyxdəki çıxışlarına sərt cavab verib.
DenMedia.az xəbər verir ki, Əraqçı bu barədə yerli mediaya açıqlama verib. Nazir bildirib ki, Tramp eyni anda həm sülh, həm də müharibə tərəfdarı ola bilməz.
Əraqçı Amerikanın İranın nüvə proqramı ilə bağlı iddialarını əsassız adlandırıb və ABŞ kəşfiyyatının bu istiqamətdə heç bir sübut təqdim etmədiyini qeyd edib.
O, həmçinin Vaşinqtonun Yaxın Şərqdəki siyasətini sərt tənqid edərək, bölgədəki münaqişələrin əsas məsuliyyətinin məhz Amerikaya aid olduğunu deyib:
“Tramp sonsuz müharibələrə son qoyacağına söz vermişdi, amma nəticə tam əksinədir”.
Nazir İranın son 12 günlük müharibədə minlərlə insan itkisi verdiyini xatırladaraq, belə bir şəraitdə Trampın “sülh prezidenti” adlandırılmasının qəbuledilməz olduğunu vurğulayıb.
Əraqçı sonda bəyan edib ki, Tehran diplomatiyaya açıq olsa da, zorakılıq və təhdidlərə qarşı sərt müqavimət göstərəcək. Globalinfo.az