İranda kütləvi iğtişaşlar ölkənin 27 vilayətində yerləşən 92 şəhəri əhatə edib. Bu barədə insan hüquqlarını müdafiə edən HRANA təşkilatı məlumat yayıb.
Məlumata görə, son 10 gün ərzində etiraz aksiyaları 22 universitet də daxil olmaqla ümumilikdə 285 məkanda keçirilib. Aksiyalar 27 vilayətin 92 şəhərini əhatə edib. Etirazlar zamanı 36 nəfər həlak olub, 2 076 nəfər isə saxlanılıb.
Yanvarın 7-də nümayişlər 16 iri şəhərdə, o cümlədən ölkənin paytaxtı Tehranda baş tutub.

