İranın paytaxtı Tehranda insanlar yolları bağlayır və hökumətə qarşı şüar səsləndirirlər.
Denmedia.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Artıq etiraz aksiyaları silahlı qarşıdurma – vətəndaş müharibəsi mərhələsinə keçib.
APA yazır ki, etirazçılar təhlükəsizlik qüvvələrinin hərəkətinin qarşısını almaq üçün şəhərlərin girişlərində yanan barrikadalar qurur, bəzi qruplar isə avtomat silahlarla silahlanıb.
Ölkənin cənub-qərbində yerləşən yaşayış məhəllələrində atəş səsləri eşidilir. Əhvaz şəhərində bir neçə mülki şəxsin yaralandığı bildirilir.
Yanğın barrikadaları səbəbindən təhlükəsizlik qüvvələrinin hadisə yerinə çatmaqda çətinlik çəkdiyi qeyd olunur. Mehəllat şəhərində yol polisi postu və polis avtomobili yandırılıb, etirazçılardan birinin polis əməkdaşlarına qarşı əl istehsalı olan alovsaçanla hücum etdiyi bildirilir.
İlam vilayətində öldürülmüş etirazçının dəfn mərasimi zamanı “İslam Respublikasına ölüm” şüarları səsləndirilib. Bundan bir gün əvvəl İranın ali rəhbəri iğtişaş iştirakçılarına qarşı sərt tədbirlərin görülməsinə çağırış edib.

