İranın qərb və şimal-şərq bölgələrində cümə axşamı axşam saatlarında keçirilən etiraz aksiyaları iğtişaşlara və dağıntılara çevrilib.
Denmedia.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, etirazlar rialın məzənnəsindəki dalğalanmalar fonunda baş tutub. Qeyd olunur ki, bəzi ərazilərdə etirazçılar iqtisadi tələblərdən uzaqlaşaraq dağıdıcı hərəkətlərə keçiblər.
“Bir sıra rayonlarda etirazçılar iqtisadi tələblər irəli sürməkdən imtina edərək pogromlar törətməyə yönəliblər”, — deyə məlumatda bildirilir.

