İranda etirazçılar Şimali Xorasan vilayətinin prokurorunu və bir neçə təhlükəsizlik əməkdaşını diri-diri yandırıblar.
Bu barədə yerli IranWire portalı məlumat yayıb.
Jurnalistlərin bildirdiyinə görə, prokuror və onunla birlikdə olan əməkdaşlar konteynerə salınaraq yandırılıb. Xilasedicilər kütlənin arasından keçə bilmədikləri üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarını xilas etmək mümkün olmayıb.
Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

