Danimarkanın ABŞ-a satdığı son ada sonradan amerikalı maliyyəçi Jeffrey Epsteinə məxsus olub. Bu barədə Britaniyanın Metro qəzeti yazır. Nəşrin məlumatına görə, söhbət 1917-ci ildə bağlanmış Danimarka Vest-Hind adaları üzrə tarixi sazişdən gedir.
Həmin razılaşma çərçivəsində Amerika Birləşmiş Ştatları Karib dənizində yerləşən təxminən 50 adanı 25 milyon dollara alıb. Müqavilənin əsas şərtlərindən biri isə Danimarkanın Qrenlandiya üzərində suverenliyinin ABŞ tərəfindən tanınması olub.
Beləliklə, bu gün Little Saint James və Great Saint James kimi tanınan ərazilər ABŞ-ın nəzarətinə keçib. Daha sonra bu adalar Ceffri Epşteyn tərəfindən satın alınıb. Xüsusilə Little Saint James adasında yaradılan şəxsi rezidensiya sonradan seksual istismar və insan alveri ilə bağlı qalmaqalların mərkəzinə çevrilib. Nəşrin hesablamalarına görə, Epşteynin adaları aldığı sövdələşmənin bugünkü dəyəri təxminən 12,3 milyon dollar təşkil edib.

