İranın xarici işlər naziri Abbas Araqçi BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının üzvlərinə məktub ünvanlayaraq, ABŞ və İsrailin zərbələri nəticəsində ali dini lider Ayətullah Əli Xameneinin həlak olmasının təhlükəli nəticələri barədə xəbərdarlıq edib.
Araqçinin məktubundan sitat gətirən Associated Press yazır:
“Bu cür addımlar təkcə beynəlxalq hüququn müəyyən edilmiş normalarını pozmur, həm də təhlükəli bir “Pandora qutusunu” açaraq suveren bərabərlik və beynəlxalq sistemin sabitliyi əsaslarını sarsıdır.”
Nazirin sözlərinə görə, Xameneiyə qarşı qəsdən endirilmiş zərbə dövlətlərarası münasibətləri tənzimləyən ən fundamental normaların ciddi və misli görünməmiş pozuntusudur.
Xatırladaq ki, Xamenei şənbə günü ABŞ və İsrailin zərbələri nəticəsində həlak olub. İranda bununla əlaqədar 40 günlük matəm elan edilib.

