Dubay beynəlxalq hava limanından onlarla rusiyalı turist uça bilmir. Buna səbəb İranın kamikadze dron hücumundan sonra hava limanı ərazisində baş verən yanğın və təhlükəsizlik vəziyyətidir. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hava limanı müvəqqəti bağlanıb və ərazidə güclü yanğın baş verib. Bu səbəbdən Emirates aviaşirkətinin EK133 reysi Dubay–Moskva istiqamətində qeyri-müəyyən müddətə təxirə salınıb.
Sərnişinlərin sözlərinə görə, hava limanının pəncərələrindən alov və tüstü görünür.
Bildirilir ki, rusiyalı turistlər Bali adasından Moskva şəhərinə Dubay üzərindən tranzit uçuşla gedirdilər.
Turistlərin bir hissəsi artıq hava limanına doğru yola çıxmışdı, lakin birdən avtomobil geri qaytarılıb. Hazırda onlar Coral Dubai otelində resepsiya yaxınlığında qalır və hələ yerləşdirilməyiblər.
“Belə vəziyyətdə nə etməli olduğumuzu bilmirik”, — sərnişinlər bildiriblər.

