İran İsraili Dimonadakı nüvə reaktorunu vurmaqla hədələyib.
Bu barədə ISNA agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İranlı hərbi rəsmilərdən biri bildirib ki, əgər ABŞ və İsrail İranda hakimiyyəti dəyişməyə cəhd etsələr, Tehran İsrailin Dimona şəhərində yerləşən nüvə reaktorunu hədəfə ala bilər.

