İran Yaxın Şərqdəki münaqişə fonunda qlobal siyasətdə təsirini artıraraq yeni güc mərkəzinə çevrilib,
Bu barədə The New York Times, Çikaqo Universitetinin professoru Robert Peypin fikirlərinə istinadən yazır.
Bildirilir ki, iqtisadi və hərbi göstəricilərə görə İran ABŞ, Çin və Rusiya ilə müqayisə olunmasa da, onun təsiri artmaqdadır.
Təsirin artmasının əsas səbəblərindən biri Hörmüz boğazına nəzarətdir. Müəllifin fikrincə, bu strateji nöqtə üzərində nəzarətin uzun müddət saxlanılması qlobal güc balansını ciddi şəkildə dəyişə bilər.
Boğaz formal olaraq gəmiçilik üçün açıq qalsa da, trafik əhəmiyyətli dərəcədə azalıb. Bunun səbəbi kimi hücum təhlükələri göstərilir və nəticədə daşımalar 90%-dən çox azalıb.
Hər bir neçə gündən bir yük gəmisinə hücum edilməsi riski qəbuledilməz etmək üçün kifayət idi

