İsrail ABŞ-a Hörmüz boğazı və Fars körfəzindəki İran adaları, o cümlədən Xark adası ilə bağlı kəşfiyyat məlumatları təqdim edib. Bu barədə The Times of Israel hərbi mənbələrə istinadən yazır.
Məlumata görə, bu addım ABŞ-ın regionda mümkün hərbi əməliyyata hazırlaşdığı barədə xəbərlər fonunda atılıb.
CNN-in məlumatına əsasən, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İsrail Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli hərbçilərlə qapalı görüş keçirib.
The New York Times yazır ki, Pentaqon artıq Yaxın Şərqə yüzlərlə xüsusi təyinatlı hərbçi göndərib. Bildirilir ki, bu qüvvələr dəniz piyadaları və desantçılarla birləşəcək.
Ekspertlərin fikrincə, bu hərbi qüvvələr Hörmüz boğazının qorunması, Xark adasının ələ keçirilməsi və ya İsfahandakı nüvə obyektində yüksək zənginləşdirilmiş uranın nəzarətə götürülməsi əməliyyatlarında istifadə oluna bilər.

