İranda bütün raket və pilotsuz hərbi bazalar yenidən aktivləşdirilib. Bu barədə Tasnim агентliyi məlumat yayıb.
Məlumata görə, Tehran atəşkəs rejimindən istifadə edərək hərbi infrastrukturunu bərpa edib və yenidən təşkil edib. Bildirilir ki, bütün raket və pilotsuz bölmələr tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Qeyd olunur ki, döyüş əməliyyatları yenidən başlasa, İran münaqişənin ilk saatlarında genişmiqyaslı cavab zərbəsi endirməyə hazırdır.
Müharibə yenidən başlasa, ilk saatlarda yüzlərlə ballistik raket buraxılacaq.

