Böyük Britaniya və Avropa ölkələri qarşıdakı illərdən Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini bərpa etmək və Rusiyaya qarşı hərbi əməliyyatları yenidən başlatmaq üçün istifadə etməyə ümid edir. Bu barədə The National Interest (NL) yazır, DenMedia.az xəbər verir.
Nəşrin fikrincə, Qərb müttəfiqləri mümkün atəşkəsi son həll yolu kimi deyil, Kiyevin hərbi potensialını artırmaq üçün strateji fasilə kimi nəzərdən keçirir.
“Böyük Britaniya və Avropa hesab edir ki, qarşıdakı bir neçə ili Ukraynanın döyüş qabiliyyətini bərpa etməyə sərf edə və sonra Rusiyayla döyüşləri yenidən başlada bilərlər,” — məqalədə qeyd olunur.

