BMT-nin baş katibi Antonio Guterres bildirib ki, Hörmüz boğazında gəmiçiliyin bərpasının gecikməsi ciddi humanitar böhran riski yaradır.
Onun sözlərinə görə, vəziyyət davam edərsə, 45 milyon insan kəskin aclıqla üzləşə, 32 milyon nəfər isə yoxsulluq həddinə düşə bilər.
“Hətta gəmiçilik dərhal bərpa olunsa belə, logistika zəncirlərinin normallaşması aylarla çəkəcək”, — deyə Antonio Guterres jurnalistlərə bildirib.
Guterreş vurğulayıb ki, ən pis ssenaridə fasilələr ilin ortalarına qədər davam edərsə, gübrə ehtiyatları sürətlə tükənəcək və məhsuldarlıq azalacaq.
“Bu halda 32 milyon insan yoxsulluğa sürüklənəcək, 45 milyon nəfər isə kəskin aclıq riski ilə üzləşəcək”, — deyə o qeyd edib.

