ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran yaxın 48 saat ərzində Hörmüz boğazında gəmi hərəkətini tam bərpa etməsə, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirəcək.
Bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.
“Əgər İran Hörmüz boğazında hərəkəti tam açmasa və oradakı təhdidlərdən imtina etməsə, dəqiq 48 saat sonra ABŞ müxtəlif elektrik stansiyalarına, ən böyüyündən başlayaraq, zərbələr endirəcək və onları məhv edəcək”, – deyə Tramp bildirib.
Tramp hansı obyektlərin hədəf alınacağını dəqiqləşdirməyib və bu təhdidin “Buşehr” AES-ə aid olub-olmadığını açıqlamayıb.

