ABŞ Prezidenti Donald Tramp bildirib ki, Konqres seçkilərinin yaxınlaşmasına baxmayaraq, İranla münaqişənin nizamlanması məsələsində tələsmir.
Bu barədə Ağ Evin YouTube kanalı məlumat yayıb.
Tramp eyni zamanda Hörmüz boğazının dərhal gəmiçilik üçün açılmasının vacib olduğunu vurğulayıb. O, Tehranla yenidən razılıq əldə etməyə çalışacaqlarını bildirib.
Bizə lazımdır ki, boğaz açıq olsun və dərhal açılsın. Biz cəhd edəcəyik. Mən tələsmirəm,— deyə Donald Tramp bildirib.
ABŞ lideri həmçinin əmin olduğunu deyib ki, İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtonun İranla bağlı istənilən kursunu dəstəkləyəcək.
Tramp Netanyahu haqqında danışarkən onu “çox-çox yaxşı insan” adlandırıb və İsrail liderinin ona deyilən hər şeyi edəcəyini qeyd edib.
Onunla hər şey qaydasındadır. O, mən nə desəm, onu edəcək. O, çox-çox yaxşı insandır,— deyə Tramp vurğulayıb.

