ABŞ prezidenti Donald Tramp İranla əldə olunmuş atəşkəs rejiminin uzadılmasını istəmədiyini bildirib.
O, bu barədə CNBC telekanalına müsahibəsində danışıb və müvəqqəti sülhün davam etdirilməsi ilə bağlı sualı cavablandırarkən “Mən bunu istəmirəm” deyib. Bununla belə, Tramp yaxın zamanda Tehranla münaqişənin tənzimlənməsi üzrə razılaşma əldə olunacağına ümid etdiyini də vurğulayıb.
Eyni zamanda Ağ Evin rəhbəri ABŞ-ın zərurət yaranacağı halda İranla hərbi əməliyyatları bərpa etməyə hazır olduğunu bildirib.
“Biz hazırıq. ABŞ ordusu hərəkət etməyə hazırdır,” — deyə Tramp qeyd edib.

