İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, bazar ertəsi ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb və İranla mümkün sazişi müzakirə edib. Bu barədə Ynet məlumat yayıb.
“Bu gün Tramp ilə danışdım. O hesab edir ki, İsrail Müdafiə Ordusu və ABŞ silahlı qüvvələrinin əldə etdiyi nailiyyətlərdən istifadə edərək strateji maraqlarımızı qoruyacaq bir sazişə nail olmaq mümkündür,” – deyə Netanyahu bildirib.
Baş nazir əlavə edib ki, İsrail ordusu eyni zamanda İran və Livana zərbələri davam etdirəcək. Onun sözlərinə görə, bir neçə gün əvvəl İranın nüvə proqramı ilə məşğul olan iki alim zərərsizləşdirilib.

