İran sülh razılaşması çərçivəsində nüvə obyektlərini sökməli və uranı ölkədən çıxarmalıdır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu X sosial şəbəkəsində bildirib.
Siyasətçi qeyd edib ki, gecə saatlarında baş tutan telefon danışığı zamanı o və ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası ilə yekun razılaşmanın necə olmalı olduğu barədə tam qarşılıqlı anlaşmaya gəliblər.
“Prezident Tramp və mən bu fikirdə həmrəy olduq ki, İranla istənilən yekun razılaşma nüvə təhlükəsini aradan qaldırmalıdır. Bu isə İranın uranın zənginləşdirilməsi obyektlərinin sökülməsi və zənginləşdirilmiş nüvə materialının ölkə ərazisindən çıxarılması deməkdir”, — deyə baş nazir yazıb.

