ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı növbəti səs-küylü açıqlama verib. O, Arizona ştatının Feniks şəhərində Turning Point USA təşkilatının tərəfdarları qarşısında çıxış edərkən bildirib ki, ABŞ daha əvvəl zərbə endirilmiş İran nüvə obyektlərindən yüksək zənginləşdirilmiş uranı ekskavatorlarla çıxarmağı planlaşdırır.
Onun sözlərinə görə, çıxarılan materiallar ABŞ-a daşınacaq və Tehran buna görə heç bir kompensasiya almayacaq.
“Nüvə tozunu necə çıxaracağıq? Biz bunu İranla birlikdə, çoxlu ekskavatorlardan istifadə edərək çıxaracağıq… və nüvə materiallarını ABŞ-a aparacağıq,” — deyə Tramp bildirib.
Tramp “nüvə tozu” ifadəsi ilə İsfahan, Natanz və Fordo obyektlərində saxlanılan yüksək zənginləşdirilmiş uranı nəzərdə tutur. ABŞ bu obyektlərə 2025-ci ilin iyununda hava zərbələri endirmişdi.

