ABŞ Silahlı Qüvvələri İranla danışıqlar Tehranın nüvə silahı əldə etməsinin qarşısını alacaq razılaşma ilə nəticələnməsə, bu ölkəyə qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.
Bunu Pentaqon rəhbəri Pit Heqset bildirib.
“Ya sizin danışıqlar aparan nümayəndələriniz onların heç vaxt nüvə silahına sahib olmamasını təmin edəcək, ya da məsələni sona çatdırmaq üçün müharibə nazirliyinə müraciət etməli olacağıq. Biz bunu etməyə hazırıq”,
deyə Heqset çərşənbə günü ABŞ Prezidenti Donald Trampın administrasiya üzvləri ilə keçirdiyi müşavirədə çıxışı zamanı deyib.
ABŞ blokadasının İran limanlarına və ölkə iqtisadiyyatına ciddi zərbə vurduğunu qeyd edən Pentaqon rəhbəri vurğulayıb ki, məhz hərbi təzyiq Tehranı danışıqlar masasına oturmağa məcbur edib.

