ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ilə danışıqlar davam edir, lakin onun fikrincə Tehran hələ razılaşma imzalamağa hazır deyil.
ABŞ lideri bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Biz onlarla danışıqlar aparırıq, amma düşünmürəm ki, onlar hazırdır. Bununla belə, razılaşmaya artıq kifayət qədər yaxınlaşmışıq.”
Donald Tramp vurğulayıb ki, İranla mümkün razılaşma ilk növbədə Tehranın nüvə proqramı ilə bağlı olmalıdır.
“Nüvə silahı olmayacaq – hər şey məhz bununla başlayır. Üstəlik, əldə edəcəyimiz daha çox şey də var.”
ABŞ Prezidenti eyni zamanda qeyd edib ki, İran ilə razılaşma əldə etməyin mümkünlüyünə tam əmin deyil, çünki hazırda ölkə rəhbərliyinin böyük hissəsinin öldürüldüyünü bildirib.
“Heç kim hətta bilmir ki, biz kimlərlə iş görürük, çünki onların rəhbərliyinin böyük hissəsi öldürülüb.”

