İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri İbrahim Əzizi bildirib ki, Tehran öz zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü ölkəyə təhvil vermək niyyətində deyil.
Bu barədə İran mediası məlumat yayıb.
Bununla da Tehran Vaşinqtonla mümkün razılaşma çərçivəsində müzakirə edilən əsas məsələlərdən birini rədd etmiş olub.
İbrahim Əzizi qeyd edib ki, ABŞ danışıqlarda etimada layiq tərəf deyil və Vaşinqton davranışını dəyişməsə, heç bir razılaşma əldə olunmayacaq.
Əzizi həmçinin bildirib ki, İslam Respublikası Hörmüz boğazı üzərində daimi nəzarət və idarəetmə siyasəti yürütmək niyyətindədir. Onun sözlərinə görə, bu, müvəqqəti addım deyil, uzunmüddətli siyasətdir.

