ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını istənilən yolla əldə etməyə hazırdır. Bunu Prezident Donald Tramp bildirib.
Onun sözlərinə görə, Tehran materialları könüllü şəkildə təhvil verməkdən imtina edərsə, Vaşinqton İran ərazisində əməliyyat keçirməyi də istisna etmir.
Tramp deyib:
Lazım olan anda ya ora daxil olacağıq, ya da onu əldə edəcəyik. Düşünürəm ki, böyük ehtimalla onu alacağıq. Amma ala bilməsək, ora girəcəyik.
ABŞ Prezidenti mümkün əməliyyatın Amerika tərəfi üçün çətin olmayacağına əminliyini də ifadə edib. Onun sözlərinə görə, İran silahlı qüvvələri “tamamilə darmadağın ediləcək” və Amerika tərəfi heç nə ilə risk etmir.
Tramp əlavə edib ki, ABŞ-da uranın çıxarılması üçün lazımi avadanlıq mövcuddur.

